Azərbaycan futzal çempionatlarında transfer dönəmi başlayıb

Futbol
  • 19 iyul, 2023
  • 06:36
Azərbaycan futzal çempionatlarında transfer dönəmi başlayıb

Azərbaycan futzal liqalarında yay transfer pəncərəsi bu gün açılıb.

Federasiyadan "Report"a verilən məlumata görə, komandalar oyunçuları sentyabrın 19-da saat 23:59-dək qeydiyyatdan keçirə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqası sentyabrın 25-də, Birinci Liqası isə oktyabrın 1-də start götürəcək.