“Transfermarkt” azad agent statusu daşıyan ən bahalı futbolçuların reytinqini dərc edib.
“Report” xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun sabiq qapıçısı David De Xea başçılıq edir.
Onun transfer qiyməti 8 milyon avro dəyərində göstərilir. İkinci yerdə “Nottingem Forest”dən ayrılan Cessi Linqard qərarlaşıb.
Fransanın “Renn” klubunun sabiq üzvü Şeka isə ilk “üçlüy”ü qapayıb.
Azad agent statusu daşıyan ən bahalı 10 futbolçu:
1. David De Xea (son klubu “Mançester Yunayted”, İngiltərə - 8 milyon avro)
2. Cessi Linqard (son klubu “Nottingham Forest”, İngiltərə - 6 milyon)
3. Şeka (son klubu “Renn”, Fransa - 5 milyon)
4. Ənvər əl-Qazi (son klubu “Maynts”, Almaniya - 3 milyon)
5. Elder Koşta (son klubu “Lids”, İngiltərə - 2,8 milyon)
6. Xose Kampanya (son klubu “Levante”, İspaniya - 2,5 milyon)
7-9. Nemanya Yoviç (son klubu “Partizan”, Serbiya - 2 milyon)
7-9. Suleyman Dumbia (son klubu “Anje”, Fransa - 2 milyon)
7-9. Santi Mina (son klubu “Selta”, İspaniya - 2 milyon)
10. Darko Velkovski (son klubu “Əl-İttifaq”, Səudiyyə Ərəbistanı - 1,8 milyon)