“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveç klubu “Hakken”lə keçirəcəyi oyunun baş hakimi Sebastian Qishamer ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.
“Report”un məlumatına görə, avstriyalı referinin indiyə qədər nə millimizlə, nə də klublarımızla yolu kəsişib.
34 yaşlı hakim 2018-ci ildən FİFA referisi kimi beynəlxalq oyunlara təyinat alır. Qishamerin karyerası elə də zəngin deyil. Yalnız ötən mövsümdən avrokubokların qrup mərhələsində ədaləti qoruyur. UEFA Konfrans Liqasının qrupunda iki görüşü idarə edib. Avropa Liqasının qrupunda debütü isə “Hakken” – “Qarabağ” oyununa təsadüf edəcək.
Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.