UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir zamanı 48 komanda 12 qrupa bölünüb.
Püşkatmada İtaliya millisinin, "Napoli"nin və "Yuventus"un sabiq futbolçusu Çiro Ferrara iştirak edib.
A qrupu: "Roma" (İtaliya), "Yanq Boyz" (İsveçrə), ÇFR (Kluj, Rumıniya), MOİK (Sofiya, Bolqarıstan)
B qrupu: "Arsenal" (İngiltərə), "Rapid" (Vyana, Avstriya), "Molde" (Norveç), "Dandolk" (İrlandiya)
C qrupu: "Bayer" (Leverkuzen, Almaniya), "Slaviya" (Praqa, Çexiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Nitsa" (Fransa),
D qrupu: "Benfika" (Portuqaliya), "Standard" (Lyej, Belçika), "Reyncers" (Şotlandiya), "Lex" (Poznan, Polşa)
E qrupu: PSV (Eyndhoven, Niderland), PAOK (Yunanıstan), "Qranada" (İspaniya), "Omoniya" (Kipr)
F qrupu: "Napoli" (İtaliya), "Real Sosyedad" (İspaniya), AZ (Alkmaar, Niderland), "Riyeka" (Xorvatiya)
G qrupu: "Braqa" (Portuqaliya), "Lester" (İngiltərə), AEK (Afina, Yunanıstan), "Zarya" (Luqansk, Ukrayna)
H qrupu: "Seltik" (Şotlandiya), "Sparta" (Praqa, Çexiya), "Milan" (İtaliya), "Lill" (Fransa)
I qrupu: "Vilyarreal" (İspaniya), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Sivasspor" (Türkiyə)
J qrupu: "Tottenhem" (İngiltərə), "Lüdoqorets" (Bolqarıstan), LASK (Avstriya), "Antverpen" (Belçika)
K qrupu: MOİK (Moskva, Rusiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Feyenoord" (Niderland), "Volfsberq" (Avstriya)
L qrupu: "Gent" (Belçika), "Srvena Zvezda" (Serbiya), "Hoffenhaym" (Almaniya), "Slovan" (Liberets, Çexiya)
Qeyd edək ki, qrup mərhələsinin iştirakçılarından 18-i birbaşa, 21-i Avropa Liqasının pley-off mərhələsi vasitəsilə yüksələnlərdən, 6-sı Çempionlar Liqasının pley-off, 3-ü isə III təsnifat mərhələsində Liqa Yolunda uduzanlardan ibarətdir. Oyunlar oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.