Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb "Qarabağ"ın futbolçusu Kvabena Ovusu UEFA Avropa Liqasının qrup mərhələsində ən çox çərviçəyə dəqiq zərbə endirən futbolçudur.
Futbol
28 Oktyabr , 2022 09:12
Avropa Liqası: Qarabağın hücumçusu birinci sırada, qapıçısı ilk 3-lükdə yer alıb

"Qarabağ"ın futbolçusu Kvabena Ovusu UEFA Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən futbolçudur.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu 5 qarşılaşmada 10 dəfə buna nail olub. Qanalı forvard iki dəfə rəqib qapılarına yol tapıb.

Bu göstəriciyə görə Portuqaliya "Braqa"sından Vitor Oliveyra və İngiltərə "Mançester Yunayted"indən Markus Reşford növbəti sıralarda qərarlaşıb. Hər iki oyunçu 9 dəfə çərviçəyə düşüb.

"Köhlən atlar"da Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçılardan biridir. 28 yaşlı qolkiper 5 matçda 20 seyvlə yadda qalıb. O, İsveç "Malmö"sündən İsmael Diavara ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada "Nant"a 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi