Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
  • 20 oktyabr, 2022
  • 03:45
Avropa Liqası: Arsenal təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçiriləcək.

"Report"un məlumatına görə, İngiltərə "Arsenal"ı Londonda Niderlandın PSV komandasını qəbul edəcək. A qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

"Topçular" 3 oyundan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. 7 xalı olan Eyndhoven isə 2-ci pillədə qərarlaşıb. Britaniya təmsilçisi bu görüşdə xal itirməyəcəyi halda, pley-off-a vəsiqəni təmin edəcək.

Qeyd edək ki, A qrupunda Norveçin "Budö Qlimt" və İsveçrənin "Sürix" klubları da mübarizə aparır.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II turdan təxirə salınmış oyun

20 oktyabr

21:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)

Xal durumu: "Arsenal" - 9 (3 oyuna), PSV - 7 xal (3 oyuna), "Budö Qlimt" - 4, "Sürix" - 0.

44 - Tezliklə