AVRO-2024: İtaliya 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB - 4

AVRO-2024: İtaliya 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB - 4 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü start götürüb.
Futbol
25 İyun , 2024 01:01
AVRO-2024:  İtaliya 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB - 4

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.

"Report" xəbər verir ki, B qrupunun oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+8-ci dəqiqədə vurulub. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

Luçano Spalettinin rəhbərlik etdiyi yığma növbəti turda A qrupunun ikincisi olan İsveçrə ilə üz-üzə gələcək. Görüş iyunun - 29-da baş tutacaq.

1

İspaniya

3

3

0

0

5-0

9

2

İtaliya

3

1

1

1

3-3

4

3

Xorvatiya

3

0

2

1

3-6

2

4

Albaniya

3

0

1

2

3-5

1

00:13

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, B qrupunun oyununda xorvatlar hesabda önə çxııb.

55-ci dəqiqədə Luka Modriç adını tabloya yazdırıb.

00:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, B qrupunun oyununda hesab açılmayıb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.

23:45

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, B qrupunun oyununda ilk yarıdan sonra hesab açılmayıb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü start götürüb.

"Report" xəbər verir ki, B qrupunun oyunu Leyptsiqdəki "Red Bull Arena"da keçirilir.

Qeyd edək ki, qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.

Son xəbərlər

Orphus sistemi