AVRO-2024: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var

AVRO-2024: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var UEFA bu il Almaniyada keçiriləcək Avropa çempionatının əsas hakimlərini açıqlayıb.
Futbol
23 Aprel , 2024 13:28
AVRO-2024: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var

UEFA Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək əsas hakimlərin adlarını açıqlayıb.

"Report"un məlumatına görə, yekun siyahıda 18 ədalət təmsilçisi yer alıb.

Onların arasında türkiyəli FIFA referisi Halil Umut Meler də var.

AVRO-2024-də oyunları idarə edəcək hakimlər: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi