Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Report" xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşün baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq. F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.
AVRO-2024, seçmə mərhələ
VIII tur
20:00. Azərbaycan - Avstriya
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.