AVRO-2020: "Uembli" stadionunda irqçiliklə mübarizə məqsədi ilə kameralar quraşdırılacaq

Futbol
  • 24 dekabr, 2019
  • 08:27
AVRO-2020: Uembli stadionunda irqçiliklə mübarizə məqsədi ilə kameralar quraşdırılacaq
"Uembli" stadionu

İngiltərə Futbol Federasiyası "Uembli" stadionunda yeni müşahidə kameraları quraşdıracaq. 

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, bu addım AVRO-2020-nin oyunları zamanı ictimai asayişi pozanları müəyyənləşdirmək baxımından daha yüksək dəqiqliyə malik olacaq. Belə tədbirlər ilk növbədə, irqçiliklə mübarizəyə yönəldilib. 

Qeyd edək ki, "Uembli"də AVRO-2020-nin 7 oyunu, o cümlədən, yarımfinal və final qarşılaşmaları keçiriləcək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq. Avropa çempionatı gələn il 12 iyun - 12 iyulda keçiriləcək. 

44 filmi