Bu gün AVRO-2020-nin pley-off mərhələsinin oyunlarına start veriləcək.
"Report"un məlumatına görə, 16 komanda Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparacaq.
A, B, C və D yolunda hərəsində 2 olmaqla ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gələcək. Hər qrupun 2 qalibi noyabrın 12-də final mərhələsinə yollanmaq üçün öz aralarında həlledici qarşılaşmaya çıxacaq. Hər iki raund bir oyundan ibarət olacaq.
Gürcüstan - Belarus matçından başqa, yarımfinalın digər qarşılaşmaları eyni saatda başlayacaq.
8 oktyabr
AVRO-2020
Pley-off, ilk oyunlar
A yolu
22:45. Bolqarıstan - Macarıstan
22:45. İslandiya - Rumıniya
B yolu
22:45. Bosniya və Herseqovina - Şimali İrlandiya
22:45. Slovakiya - İrlandiya
C yolu
22:45. Norveç - Serbiya
22:45. Şotlandiya - İsrail
D yolu
18:00. Gürcüstan - Belarus
22:45. Şimali Makedoniya - Kosovo
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.