AVRO-2020: İspaniya millisinə "Real Madrid"dən futbolçu çağırılmadı

AVRO-2020: İspaniya millisinə "Real Madrid"dən futbolçu çağırılmadı Baş məşqçisi Luis Enrike "Real Madrid"in heç bir oyunçusuna dəvət göndərməyib
Futbol
24 May , 2021 14:51
AVRO-2020: İspaniya millisinə Real Madriddən futbolçu çağırılmadı

İspaniya millisinin bu il keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçisi Luis Enrike yığmaya 24 futbolçu çağırıb. 51 yaşlı mütəxəssis "Real Madrid"in heç bir oyunçusuna dəvət göndərməyib. "Kral klubu"nun kapitanı Serxio Ramos zədə səbəbindən heyətdən kənarda qalıb.

Qapıçılar: David de Xea ("Mançester Yunayted", İngiltərə), Unay Simon ("Atletik"), Robert Sançes ("Brayton", İngiltərə)

Müdafiəçilər: Xose Qaya ("Valensiya"), Jordi Alba ("Barselona"), Pau Torres ("Vilyarreal"), Emerik Lyaport, Erik Qarsiya (hər ikisi "Mançester Siti", İngiltərə), Dieqo Lyorente ("Vilyarreal"), Sesar Asplikueta ("Çelsi", İngiltərə), Markos Lyorente ("Atletiko")

Yarımmüdafiəçilər: Serxio Buskets, Pedri (hər ikisi "Barselona"), Rodri ("Mançester Siti"), Tiaqo Alkantara ("Liverpul", İngiltərə), Koke ("Atletiko"), Fabian Ruis ("Napoli", İtaliya)

Hücumçular: Dani Olmo ("Leyptsiq", Almaniya), Mikel Oyarsabal ("Real Sosyedad"), Alvaro Morata ("Yuventus", İtaliya), Jerar Moreno ("Vilyarreal"), Ferran Torres ("Mançester Siti"), Adama Traore ("Vulverhempton", İngiltərə), Pablo Sarabiya (PSJ, Fransa).

Qeyd edək ki, İspaniya millisi İsveç, Polşa və Slovakiya yığmaları ilə birlikdə E qrupunda yer alıb.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi