AVRO-2020: Əliyar Ağayev VAR hakimi də olmayacaq

AVRO-2020: Əliyar Ağayev VAR hakimi də olmayacaq AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məlumat verib
Futbol
9 Aprel , 2021 16:51
AVRO-2020: Əliyar Ağayev VAR hakimi də olmayacaq
Əliyar Ağayev

Azərbaycanın FİFA dərəcəli hakimi Əliyar Ağayevin adı Avropa çempionatının oyunları üçün namizəd kimi UEFA-ya təqdim edilməyib.

Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məlumat verib.

Avstriyalı funksioner bildirib ki, qarşılaşmaları yalnız elit kateqroriyada yer alan referilər idarə edəcəklər: "UEFA hələlik hakimlərin adlarını açıqlamayıb. Bununla belə, həmin siyahıda Əliyar Ağayevin adı olmayacaq. Çünki referi birinci kateqoriyadadır".

Ştuxlikin sözlərinə görə, Ağayevin UEFA-nın VAR (video-köməkçi hakim) kurslarında iştirakı bununla əlaqədar deyil: "O, daha əvvəl qurumun bayrağı altında keçirilmiş matçların heç birində VAR hakimi olmayıb. Bu səbəbdən, Əliyara təyinat veriləcəyini gözləmirəm".

AFFA rəsmisi AVRO-2020-nin oyunları üçün Bakıda quraşdırılacaq VAR sistemi ilə bağlı da danışıb: "Hər şey UEFA tərəfindən təşkil olunacaq və bütün xərcləri qurumun özü ödəyəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Son xəbərlər

Orphus sistemi