"Atletiko"nun hücumçusu klubdan ayrılmaq istəyir
Futbol
- 19 avqust, 2025
- 14:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Norveç millisinin futbolçusu Aleksander Sörlot İspaniyanın "Atletiko" klubundan ayrılmaq istəyir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu daha bir il Madrid təmsilçisinin ehtiyat hücumçusu olmaq istəmir.
Forvard baş məşqçi Dieqo Simeonenin daha çox "Napoli"dən heyətə cəlb edilən Cakomo Raspadori və Antuan Qrizmanna şans verəcəyi üçün narazıdır.
Sörlot klubdan onu transferə çıxarmağı tələb edir. "Atletiko" isə oyunçu üçün təxminən 35 milyon avro istəyəcək.
Qeyd edək ki, Aleksander Sörlot 2024-cü ilin yayında komandaya keçib. O, 54 matçda 24 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
18:24
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Xarici siyasət
18:21
Qazaxıstanın IMF-ə yeni töhfəsi Azərbaycana da təsir edəcək
Maliyyə
18:15
Foto
Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Xarici siyasət
18:10
Foto
Video
"Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib
Hərbi
18:02
Foto
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
Xarici siyasət
17:44
Foto
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət
17:39
Luis Suares "Sportinq"in UEFA Çempionlar Liqasındakı rekordçusu olub
Futbol
17:36
Nazir müavini: "Laosun Orta Dəhlizə qoşulmasını təmin etməliyik"
İnfrastruktur
17:34
"Bank VTB Azərbaycan"ın xalis mənfəəti 27 %-ə yaxın azalıb
Maliyyə