Artur Vermeren: "Qrup birincisi olmaq üçün Azərbaycan millisini məğlub etmək istəyirik"
- 16 noyabr, 2023
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik".
"Report" "Voetbalprimeur" nəşrinə istinadən xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Artur Vermeren AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Serbiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verən 18 yaşlı yarımmüdafiəçi qalibiyyətin özünəinam baxımından vacib olduğunu vurğulayıb: "Bu, bazar günü Azərbaycanla qarşılaşma üçün yaxşı hazırlıq idi".
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.