"Arsenal" Bernardu Silvanı transfer etmək istəyən klubların siyahısına daxil olub
Futbol
- 22 aprel, 2026
- 18:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Arsenal" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın transferində maraqlıdır.
"Report"un ESPN-ə istinadən məlumatına görə, paytaxt təmsilçisi portuqaliyalı futbolçu ilə müqavilə imzalamaq üçün mübarizəyə qoşulub.
Bundan başqa, İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" kollektivləri də 31 yaşlı oyunçunu diqqətdə saxlayır.
Qeyd edək ki, Bernardu Silva daha əvvəl cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb. O, 2017-ci ildə 50 milyon avro müqabilində Fransa təmsilçisi "Monako"dan "şəhərlilər"ə keçib.
Bernardu Silva "Mançester Siti"nin heyətində bütün yarışlarda 452 oyun keçirib, 76 qol vurub və 77 məhsuldar ötürmə edib.
Son xəbərlər
11:12
"Çelsi" azarkeşlərinin davranışına görə 150 min funt sterlinq cərimələnib
Futbol
11:06
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Hadisə
10:55
Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
10:54
Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb
Hadisə
10:45
Foto
Adil Kərimli Yeni Delhidə keçirilən forumda mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb
Mədəniyyət siyasəti
10:40
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib
Daxili siyasət
10:39
Seul yaxınlığında yük qatarı relsdən çıxıb
Digər ölkələr
10:18
Azərbaycan nefti ucuzlaşıb
Energetika
10:10
Harri Keyn zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq
Futbol