Arif Əsədov: "Qarabağ" - "Neftçi" oyunu intiriqalı olacaq"

Arif Əsədov: "Qarabağ" - "Neftçi" oyunu intiriqalı olacaq" "Qarabağ" və "Neftçi" komandalarının oyunları gözəlliyi ilə seçilir. Bu qarşılaşmanı həmişə derbi adlandırmışıq. Düşünürəm ki, bu gün intiriqalı görüş baş tutacaq".
Futbol
30 Oktyabr , 2021 12:02
Arif Əsədov: Qarabağ - Neftçi oyunu intiriqalı olacaq

"Qarabağ" və "Neftçi" komandalarının oyunları gözəlliyi ilə seçilir. Bu qarşılaşmanı həmişə derbi adlandırmışıq. Düşünürəm ki, bu gün intiriqalı görüş baş tutacaq".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Hər iki komandanın formasını geyinmiş keçmiş müdafiəçi klubların matça ciddi hazırlaşdığını bildirib: "Qarabağ" sıx qrafikdə oynayır. Onlar avrokubokda da mübarizə aparır. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat"la görüşü də var. Baş məşqçinin heyət baxımından daha çox hansı oyuna üstünlük verəcəyini deyə bilmərəm. "Neftçi" isə tamamilə bu qarşılaşmaya köklənib. Bu günkü derbidə hansı nəticənin qeydə alınacağını əvvəlcədən söyləmək çətindir. Maraqlı, sürətli və gərgin oyun olsa, azarkeşlər də zövq alacaq".

51 yaşlı mütəxəssis "Qarabağ"ın avrokubok matçına görə bəzi nüansları nəzərə ala biləcəyini istisna etməyib: "Kayrat"la səfərdəki görüş də önəmlidir. Amma "Neftçi" tam olaraq çempionatı düşünür. Hər iki tərəf qələbə qazana bilər. Hansısa komandanı qarşılaşmanın favoriti adlandırmaq olmur".

Əsədov "köhlən atlar"ın sonuncu - VIII turda "Səbail"ə 1:3 hesabı ilə məğlub olduğunu xatırladıb: "Məncə, bu nəticə komandaya müsbət mənada təsir edə bilər. "Qarabağ" ardıcıl 16 oyundur ki, qalib gəlirdi və yenilmirdi. Belə olan halda bəzən futbolçularda arxayınlıq yaranır. Məğlubiyyətdən sonra isə komanda toparlanmalıdır".

Qeyd edək ki, bu gün "Azersen Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi