Argentinalı futbolçu banan yeyib qol vurdu - VİDEO

Futbol
  • 11 fevral, 2020
  • 06:00
Argentinalı futbolçu banan yeyib qol vurdu - VİDEO

Futbol üzrə Argentina çempionatının XIX turunda "Rasinq" və "İndependyente" komandaları arasında keçirilən matçda maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, "Rasinq"in futbolçusu Marselo Dias qarşılaşmanın fasiləsində qida qəbul etməyə vaxt tapmayıb.

33 yaşlı argentinalı yarımmüdafiəçi ikinci hissənin başlamasına baxmayaraq meydanda banan yeyib. Oyunçu banan yeyə-yeyə qaçıb, hətta cərimə zərbəsini də yerinə yetirib.

Qeyd edək ki, qarşılaşma "Rasinq"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki yeganə qolu məhz 86-cı dəqiqədə Marselo Dias vurub.