Argentina millisinin futbolçusu İtaliya klubuna transfer olunub

Futbol
  • 26 avqust, 2024
  • 08:05
Argentina millisinin futbolçusu İtaliya klubuna transfer olunub

Argentinanın U-23 millisinin və İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Niko Paz İtaliyanın "Komo" klubuna transfer olunub.

"Report" A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, N.Paz 2023-cü ildən formasını geyindiyi Madrid klubunun ikinci komandasının heyətində meydana çıxdığı 49 oyunda 11 qol vurub.

44 filmi