"Araz-Naxçıvan" növbəti transferini açıqlayıb

Futbol
  • 16 yanvar, 2024
  • 07:01
Araz-Naxçıvan növbəti transferini açıqlayıb

"Araz-Naxçıvan" klubu heyətini daha bir futzalçı ilə gücləndirib.

Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkə çempionu braziliyalı Dioqo Auqusto ilə anlaşıb. Oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq.

Qeyd edək ki, 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulu” klubunda çıxış edib. “Araz-Naxçıvan” bunadək Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.