“Araz-Naxçıvan” futbol komandasının yay hazırlıq planı məlum olub.
Naxçıvan təmsilçisindən "Report"a verilən məlumata görə, futbolçular iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcəklər.
Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqləri iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” bir yoldaşlıq matçında gücünü sınayacaq.
Oyunun keçirilmə yeri və rəqib haqda əlavə məlumat veriləcək. Bir günlük istirahətin ardından - iyulun 10-da komanda Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək. Rəqiblər hələlik məlum deyil.
İyulun 27-dən Bakıda məşqləri bərpa edəcək kollektiv mövsümün ilk matçına hazırlaşacaq.