“Araz-Naxçıvan”ın vitse-prezidenti: Braziliyalı futzalçılarla müqavilə müddətini uzatmağı düşünmürük

“Araz-Naxçıvan”ın vitse-prezidenti: Braziliyalı futzalçılarla müqavilə müddətini uzatmağı düşünmürük Dieqo və Androzinyo ilə müqaviləmiz bitib. İndiki məqamda onlarla müqavilə müddətini uzatmağı düşünmürük.
Futbol
30 may 2024 09:28
“Araz-Naxçıvan”ın vitse-prezidenti: Braziliyalı futzalçılarla müqavilə müddətini uzatmağı düşünmürük

Braziliyalı futzalçılar Dioqo Auqusto və Andre Juniorla müqavilənin müddəti bitib. İndiki məqamda anlaşmanın müddətini uzatmağı düşünmürük.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan” klubunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, yay hazırlıq planı barədə danışıb: “İyunun 1-dən transfer məsələləri ilə bağlı danışıqlara başlayacğıq. İki gənc futzalçı - Azər Fərmanov və Məhəmməd Abbasov hərbi xidmətə yollanacaqlar. Hərbi xidmətdən qayıtdıqdan sonra onları bir ay fərdi hazırlığa cəlb edəcəyik. Komandaya qoşulub-qoşulmayacaqları barədə qərar da onda veriləcək. İyulun 4-də UEFA Çempionlar Liqasının püşkü atılacaq və “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşəcək. Komandamızın iştirak edəcəyi ilkin mərhələ oyunları avqustun 20-25-i aralığında baş tutacaq. Bu səbəbdən iyulun 15-dən sonra hazırlığa başlayacağıq. Böyük ehtimalla təlim-məşq toplanışını Bakıda keçirəcəyik. Yəqin ki, hazırlıq müddətində 2 yoldaşlıq görüşü olacaq”.

Vitse-prezident Qazaxıstanın "Atırau" klubundan ayrılan Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin “Araz-Naxçıvan”a mümkün transferini dəyərləndirib: “Bu, gündəmdəki məsələlərdəndir. Amma necə olacağını zaman göstərəcək. Rövşən ilk görüşümüzdə təkliflərinin olduğunu deyib. İyunda yenidən görüşmək ümidi ilə ayrılmışıq”.

Son xəbərlər

Orphus sistemi