"Araz-Naxçıvan"ın hücumçusu Premyer Liqada 100-cü matçını keçirib
Futbol
- 01 dekabr, 2025
- 10:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Araz-Naxçıvan"ın hücumçusu Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı futbolçunun yubileyi XIII tura təsadüf edib.
O, "Qəbələ" ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.
Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, "Şamaxı"da 21 (6 qol), "Qəbələ"də 35 (3 qol), "Araz-Naxçıvan"da 44 (12 qol) matç keçirib.
Qeyd edək ki, Premyer Liqada debütü 2021/2022 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.
Son xəbərlər
15:06
Mərkəz: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər
ASK
15:02
Foto
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib
Hadisə
14:58
Azərbaycanda 10 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
Maliyyə
14:58
Azərbaycanda 10 ayda vergi daxilolmaları 16 milyard manatdan çox olub
Maliyyə
14:50
Xidmət rəsmisi: "Bir çoxları akvakultura fəaliyyətini formalaşdırandan sonra su barədə fikirləşib"
ASK
14:49
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
Xarici siyasət
14:47
Hörmüz boğazında tanker minaya düşdükdən sonra yanıb
Digər ölkələr
14:46
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
Fərdi
14:40
Foto
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
Sağlamlıq