"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla uduzub
Futbol
- 10 mart, 2026
- 09:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIII turuna təsadüf edib.
Naxçıvan təmsilçisi "Qarabağ"la səfər matçında 0:6 hesabı ilə uduzub.
Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. "Araz-Naxçıvan"ın ilk belə matçı 2000-ci il sentyabrın 9-da "Neftçi"yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Qarabağ"la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6.
Son xəbərlər
03:38
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
Digər ölkələr
03:07
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Digər ölkələr
02:40
Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
Futbol
02:14
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
Digər ölkələr
01:50
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
Ekologiya
01:29
İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib
Digər ölkələr
00:53
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
Digər ölkələr
00:11
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
Digər ölkələr
23:56
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
Digər ölkələr