APL: Mövsümün son təyinatları açıqlanıb

APL: Mövsümün son təyinatları açıqlanıb Azərbaycan Premyer Liqasında XXXVI turun son iki görüşünün təyinatları müəyyənləşib.
Futbol
27 May , 2023 20:03
APL: Mövsümün son təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XXXVI turun son iki görüşünün təyinatları müəyyənləşib.

“Report”un məlumatına görə, “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyununu idarə edəcək hakimlər açıqlanıb.

Gümüş və bürünc mükafatı təmin edən paytaxt klubları arasındakı qarşılaşmada Rəvan Həmzəzadə ədaləti qoruyacaq.

Çempion “Qarabağ”ın doğma arenasında “Turan Tovuz”la matçında isə Əli Əliyev iş başında olacaq.

Premyer Liqa

XXXVI tur

28 may (bazar)

17:00. “Neftçi” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Azersun Arena”

Son xəbərlər

Orphus sistemi