Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.
“Report” xəbər verir ki, turun sonuncu matçında çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Redon Cica, 47-ci dəqiqədə Leandro Andrade, 72-ci dəqiqədə isə Musa Qurbanlı fərqləniblər. Tovuz təmsilçisinin yeganə qoluna 61-ci dəqiqədə Runi Eva imza atıb.
Ağdam təmsilçisi mövsümü 90 xalla başa vurub. Tovuz klubu isə 39 xalla 6-cı yeri tutub.
Qarşılaşmadan sonra Premyer Liqanın medalçıları üçün mükafatlandırma mərasimi təşkil ediləcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla üstələyib. “Qəbələ” “Kəpəz”lə heç-heç edib - 1:1. “Səbail” “Şamaxı”nı, “Neftçi” “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
N |
Komanda |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
36 |
28 |
6 |
2 |
91-25 |
90 |
2 |
Sabah |
36 |
25 |
6 |
5 |
75-24 |
81 |
3 |
Neftçi |
36 |
20 |
8 |
8 |
63-38 |
68 |
4 |
Qəbələ |
36 |
13 |
11 |
12 |
47-47 |
50 |
5 |
Zirə |
36 |
13 |
11 |
12 |
45-46 |
50 |
6 |
Turan Tovuz |
36 |
10 |
9 |
17 |
36-49 |
39 |
7 |
Sumqayıt |
36 |
8 |
7 |
21 |
26-70 |
31 |
8 |
Kəpəz |
36 |
6 |
13 |
17 |
34-62 |
31 |
9 |
Səbail |
36 |
7 |
8 |
21 |
32-62 |
29 |
10 |
Şamaxı |
36 |
4 |
13 |
19 |
26-52 |
25 |
Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) - 22 qol, Musa Qurbanlı (“Qarabağ”) - 21 qol, Coy Lens Mikels (“Sabah”), Emin Mahmudov (“Neftçi”) – hər ikisi 17 qol.
Azərbaycan Premyer Liqasında mövsümün son oyununun heyətləri müəyyənləşib.
“Report”un məlumatına görə, “Qarabağ” və “Turan Tovuz” start “11-lik”lərini açıqlayıblar.
“Qarabağ”: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 99. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç
Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 98. Elxan Qasımov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 83. Hüseyn Hüseynov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.