Ansi Aqolli: "Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı"

Ansi Aqolli: "Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı" "Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir".
Futbol
18 Noyabr , 2020 14:40
Ansi Aqolli: Qarabağ Ağdamda oynasaydı, nəticələr fərqli olardı
Ansi Aqolli

"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir".

Bunu "Report"a açıqlamasında ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli sabiq komandasının çıxışını dəyərləndirərkən deyib.

Albaniyalı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi güclü rəqiblərlə evdə qarşılaşsaydı, hər şey fərqli ola bilərdi: "Komanda "Vilyarreal" kimi İspaniya nəhəngini Türkiyədə qəbul etdi. "Makkabi" və "Sivasspor" da çox yaxşı komandadır. Ev və səfər oyunları eyni olmur. "Qarabağ" hər 3 görüşünü Ağdamda keçirsəydi, eyni nəticə qeydə alınardı? Əlbəttə, yox. Doğma meydanda oynayanda nəticə də fərqli olur".

Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib.

Qeyd edək ki, Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Tel-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu 2-ci turda Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İspaniya "Vilyarreal"ına yenilib - 1:3. Qurban Qurbanovun başçılıq etdiyi komanda daha sonra Türkiyə "Sivasspor"u ilə bacarmayıb - 0:2.

Son xəbərlər

Orphus sistemi