Amerika Kubokunda III turun növbəti oyunları keçirilib

Futbol
  • 01 iyul, 2024
  • 03:37
Amerika Kubokunda III turun növbəti oyunları keçirilib

Futbol üzrə Amerika Kubokunda III turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, ABŞ-də təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb.

Görüş qolsuz bitib.

Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib - 3:0.

Bu nəticələrdən sonra Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Növbəti mərhələdə A qrupunun birincisi Argentina B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina - Ekvador matçı iyulun 4-də, Venesuela - Kanada qarşılaşması isə 5-də keçiriləcək.

44 filmi