Amerika Kubokunda baş hakim futbolçunun əlini sıxmaqdan imtina edib
Futbol
- 02 iyul, 2024
- 09:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-də keçirilən Amerika Kubokunda baş hakim Kevin Orteqa meydan sahiblərinin futbolçusu Kristian Pulişiçin əlini sıxmaqdan imtina edib.
"Report"un məlumatına görə, hadisə Uruqvay ilə qrup mərhələsinin III turunun oyunundan sonra baş verib.
Final fitindən sonra oyunçu hakimlər briqadasına yaxınlaşıb. Laynsmanlardan biri ilə görüşdükdən sonra əlini Orteqaya uzadıb. Lakin perulu referi əllərini arxasına qoyub. Bundan sonra isə Pulişiç ona nəsə deyib.
Qeyd edək ki, Uruqvaya 0:1 hesabı ilə uduzan ABŞ qrupu 3 xalla üçüncü sırada bitirib və növbəti mərhələyə yüksələ bilməyib. Matç zamanı futbolçular bir neçə dəfə ədalət təmsilçisinin qərarları ilə razılaşmayıblar və emosional şəkildə narazılıqlarını bildiriblər.
Son xəbərlər
15:19
Foto
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
ASK
15:17
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
Fərdi
15:13
ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
Digər ölkələr
15:04
Tokayev: Astana Tacikistanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcək
Digər ölkələr
14:45
Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb
Region
14:42
Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Digər ölkələr
14:42
İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Digər ölkələr
14:35
Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Daxili siyasət
14:31
Foto
BTQ: Fransa Polineziyası təbii sərvətlər üzərində suverenliyi qətnaməsini qəbul edib
Xarici siyasət