Futbol üzrə Almaniya milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb.
"Report"un məlumatına görə, baş məşqçi Yoahim Löv aşağıdakı "26-lığ"a güvənəcək:
Qapıçılar: Manuel Noyer ("Bavariya"), Bernd Leno ("Arsenal", İngiltərə), Kevin Trapp ("Ayntraxt", Almaniya)
Müdafiəçilər: Mats Hummels ("Borussiya", Dortmund) Mattias Ginter ("Borussiya", Mönhenqladbax), Niklas Zyule ("Bavariya") Antonio Rüdiger ("Çelsi", İngiltərə), Emre Can ("Borussiya", Dortmund), Lukas Klostermann, Marsel Halstenberq (hər ikisi "Leyptsiq"), Robin Qosens ("Atalanta", İtaliya), Kristian Qyunter ("Frayburq"), Robin Koh ("Lids Yunayted", İngiltərə)
Yarımmüdafiəçilər: Coşua Kimmix, Leon Qoretska, Camal Musiala (hamısı Bavariya), Toni Kroos ("Real Madrid", İspaniya), İlkay Gündoğan ("Mançester Siti", İngiltərə), Florian Noyhaus ("Fortuna), Yonas Hofmann ("Borussiya", Mönhenqladbax), Kay Haverts ("Çelsi", İngiltərə)
Hücumçular: Tomas Müller, Serj Qrabri, Leroy Sane (hamısı "Bavariya"), Timo Verner ("Çelsi", İngiltərə), Kevin Folland ("Monako")
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Almaniya millisi Fransa, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.