Hollandiya Kuboku matçında top müəmmalı şəkildə qapıya daxil olmayıb - VİDEO

Futbol
  • 19 dekabr, 2018
  • 09:37
Hollandiya Kuboku matçında top müəmmalı şəkildə qapıya daxil olmayıb  - VİDEO

Bakı. 19 dekabr. REPORT.AZ/ Hollandiya Kubokunun 1/8 final mərhələsində keçirilmiş "Alkmar" - "Zvolle" matçında maraqlı hadisə baş verib.

"Report" xəbər verir ki, "Alkmar"ın futbolçusu Mats Syontyes topu qapıçının başı üzərindən atsa da, top qapı xəttinə dəyərək müəmmalı şəkildə meydana qayıdıb.

Qeyd edək ki, qarşılaşma "Alkmar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.