Alisson Beker ciddi zədə səbəbindən "Liverpul"a kömək edə bilməyəcək
Futbol
- 03 aprel, 2025
- 09:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker ciddi zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı qolkiper beyin sarsıntısı keçirib.
O, bu səbəbdən İngiltərə Premyer Liqasının XXX turunda "Everton"la keçirilən matçda meydana çıxmayıb. O, DÇ-2026-nın seçmə mərhələsində martın 21-də baş tutan Braziliya - Kolumbiya görüşündə zədələnib.
Qeyd edək ki, Alisson Beker bu mövsüm Liverpul təmsilçisinin heyətində meydana çıxdığı 28 matçın 12-də qapısını toxunulmaz saxlayıb.
Son xəbərlər
10:08
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət10:02
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Daxili siyasət10:01
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 %-ə yaxın artıb
Maliyyə09:49
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
İnfrastruktur09:44
Foto
Xəzər rayonundakı nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslərə töhmət verilib
Daxili siyasət09:38
ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək
Xarici siyasət09:33
Aİ COP31-də istixana qazları emissiyalarının azaldılması üzrə tədbirlər kompleksi təklif edəcək
Digər ölkələr09:33
Duşan Vlahoviç "Beşiktaş"da rekorda imza atıb
Futbol09:21