UEFA prezidenti Aleksander Çeferin qurumun nizamnaməsində dəyişiklik etmək niyyətindədir.
"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı funksioner 2031-ci ilə qədər vəzifəsində qala bilər.
Bu düzəliş ötən həftə UEFA İcraiyyə Komitəsinin Almaniyanın Hamburq şəhərində keçirilmiş iclasında təklif edilib. Çeferinin ilk prezidentlik müddətinin ləğvi və növbəti seçkilərdə namizədliyi gündəmdədir.
İngiltərənin "Mançester Yunayted" klubunun icraçı direktoru David Gill toplantıda buna qarşı çıxıb və bunu dəstəkləyən şəxsləri "qeyri-demokratik və futbolun maraqlarına uyğun olmayanlar" adlandırıb. Təklif olunan düzəliş təşkilatın Fransanın paytaxtı Parisdə reallaşacaq Konqresində səsverməyə çıxarılacaq.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən quruma rəhbərlik edir. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.