AHFF prezidenti: “Ya federasiyamız ləğv olunmalı, ya da Region Liqasını biz təşkil etməliyik”

AHFF prezidenti: “Ya federasiyamız ləğv olunmalı, ya da Region Liqasını biz təşkil etməliyik” “Ya federasiyamız ləğv olunmalı, ya da Region Liqasını biz təşkil etməliyik”.
Futbol
2 Mart , 2024 11:04
AHFF prezidenti: “Ya federasiyamız ləğv olunmalı, ya da Region Liqasını biz təşkil etməliyik”

“Ya federasiyamız ləğv olunmalı, ya da Region Liqasını biz təşkil etməliyik”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) prezidenti Rüfət Əmirov deyib.

VI Hesabat-Seçki Konfransında növbəti dəfə federasiyanın prezidenti seçilən R.Əmirov Region Liqasına AFFA-nın təşkilatçılıq etməsindən narazıdır: “2017-ci ildən federasiya olaraq problemlər yaşamağa başladıq. Dolayısı üzvü olduğumuz AFFA həvəskarlar arasında Region Liqası yaratdı. Komandalara pul, toplar, forma veriləndə, əlbəttə ki, heç kim bizim çempionata gəlməz. Hazırda AFFA-nın başqa, bizim başqa çempionatımız var. Düşünürəm ki, bu, anormal durumdur. Həmin vaxt AFFA-da çalışan Elxan Məmmədova dedim ki, belə olmaz. Azərbaycan Həvəskarlar Futbol Federasiyası varsa, çempionatı da o təşkil etməlidir”.

Federasiya prezidenti etirazını bildirmək üçün aprelin 2-də baş tutacaq AFFA-nın Növbəti Hesabat-Seçki Konfransını gözlədiyini bildirib: “AFFA-da prezident seçkilərindən sonra bu məsələni rəhbərlik qarşısında qaldıracağam. Onsuz da Region Liqasındakı komandalar vaxtilə çempionatımızda iştirak edirdilər. Bizim üçün həlli ən vacib problem budur”.

Rüfət Əmirov AHFF-nin son konfransında ötən 5 il ərzində görülən işlərin müzakirə olunduğunu sözlərinə əlavə edib: “Bu müddət ərzində 2018/2019, 2021/2022 və 2022/2023 mövsümündə çempionat təşkil olundu. AFFA yalnız son mövsümdə bizə kömək göstərdi, qaliblərə pul mükafatı verdi. Federasiyamız 1999-cu ildə yaradılıb. Bu il qurumun 25 illiyini qeyd edəcəyik”.

Son xəbərlər

Orphus sistemi