AFFA “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb

AFFA “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb AFFA İntizam Komitəzinin “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarı açıqlanıb.
Futbol
23 Yanvar , 2025 13:35
AFFA “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XIX turunda keçirilən “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

“Report” xəbər verir ki, görüşdə 5 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz" 700 manat cərimələnib.

Tovuz təmsilçisini azarkeşləri daha çox ziyana salıb. Belə ki, klub azarkeşlər tərəfindən meydana kənar əşyalar atılması səbəbindən 800, hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 1000, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat cərimə olunub.

XIX turun "Neftçi" - "Sabah" oyununda meydana kənar şəxs daxil olduğuna görə "ağ-qaralar" 800 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi