"Seltik" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb

Futbol
  • 24 dekabr, 2018
  • 14:36
Seltik 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Şotlandiyanın "Seltik" klubu 15 yaşlı futbolçusu Karamoko Dembele ilə müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçinin sözləşməsi 2021-ci ilə qədər nəzərdə tutulub. O, komandada 77 nömrəli formanı geyinəcək.

Bu, Dembelenin karyerası ərzində ilk peşəkar müqaviləsidir. O daha əvvəl "Seltik"in gənclər komandasında çıxış edib.

Qeyd edək ki, Dembele 2016-cı ildə 13 yaşında olarkən klubun gənclər komandasında debüt edib.