Paris-2024: Yaylagül Ramazanova sıralama turunu 39-cu yerdə başa vurub
Fərdi
- 25 iyul, 2024
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.
"Report" xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.
Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.
Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.
1/32 final görüşləri iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Son xəbərlər
16:00
Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır
Turizm
15:59
Babiş: "Çexiya Azərbaycandan qaz tədarükündə maraqlıdır"
Energetika
15:58
Yakov Milatoviç: Monteneqro Aİ-yə daxil olmaq haqqında müqavilə imzalamağı planlaşdırır
Xarici siyasət
15:56
Babiş Ukrayna üzrə danışıqlarda təmsilçiliyi Aİ liderlərindən birinə tapşırmağı təklif edib
Digər
15:56
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
Xarici siyasət
15:55
Azərbaycanda pilotların təlimi üçün 5 təyyarə alınacaq
İnfrastruktur
15:49
Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası
Analitika
15:45
Azərbaycançılıq məfkurəsi ölkənin uğurlarının təməlində duran fəlsəfədir - Rəy
Daxili siyasət
15:45
Monteneqro Prezidenti: Azərbaycana səfərim gündəmdədir
Xarici siyasət