Yaponiya hökümətindən olimpiada açıqlaması
Fərdi
- 18 yanvar, 2021
- 08:20
Pandemiyaya baxmayaraq, Yaponiya Tokio-2020 Yay Olimpiya Oyunlarını nəzərdə tutulan qrafik əsasında keçirmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə hökumət sözçüsü Katsunobu Kato "France24" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, ölkə rəhbərliyinin olimpiada ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur: "Təşkilati məsələlərə cavabdeh insanlar Oyunlara uğurla hazırlaşmaq və onu yüksək səviyyədə keçirmək üçün birgə çalışırlar. Hökumət onlara dəstək vermək üçün istənilən tədbiri görəcək".
Daha əvvəl "Kyodo" agentliyinin sorğu nəticələrinə əsasən, Yaponiya sakinlərinin 80 faizə yaxını olimpiadanın növbəti dəfə təxirə salınmasını və ya ləğvini istəyib.
Qeyd edək ki, Tokio olimpiadası bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
Son xəbərlər
00:39
Vitse-prezident: Maduro Venesuelanın yeganə qanuni lideridir
Digər ölkələr00:03
ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirməyəcək
Digər ölkələr23:50
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirib
Digər ölkələr23:26
Pezeşkian Trampın İrandakı etirazçılara dəstəyini cəfəngiyyat adlandırıb
Region23:22
Foto
Video
Astarada ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib-2
Hadisə23:13
İsveçrədə Kran-Montana barının sahiblərinə qarşı istintaq başlayıb
Digər ölkələr23:01
Ukrayna Prezidenti Trampın komandası ilə Parisdə görüşəcək
Digər ölkələr22:46
"Qarabağ" qış fasiləsində "Neftçi" ilə yoxlama oyunu keçirəcək
Futbol22:39