Azərbaycan sumoçularının çox böyük potensialı var.
Bunu "Report"a Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov deyib.
Federasiya rəsmisi Azərbaycan sumoçularının Yunanıstanın Lutraki şəhərində keçirilən U-21, U-23 və böyüklər arasında Avropa çempionatında 11 medal qazanması barədə danışıb: "Komandamızın əldə etdiyi nəticələri qəanətbəxş hesab edirəm. Zamanla daha da yaxşı olacaq. İdmançılarımızın çox böyük potensialı var. Müəyyən çatışmazlıqları aradan qaldırıb, səhvlərimizi təhlil etməliyik. Bundan sonra növbəti yarışlara hazırlaşmaq olar. Bizi sentyabrda keçiriləcək dünya çempionatı gözləyir".
Qeyd edək ki, Yunanıstanda təşkil olunan Avropa çempionatında böyüklərdən ibarət millimiz komanda hesabında üçüncü olub.