Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnirin proqramı müəyyənləşib

Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnirin proqramı müəyyənləşib "Vüqar Həşimov Memorial-2023" superturnirinin proqramı müəyyənləşib.
Fərdi
5 dekabr 2023 07:55
Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnirin proqramı müəyyənləşib

"Vüqar Həşimov Memorial-2023" superturnirinin proqramı müəyyənləşib.

Yarışın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şahmatçılar dekabrın 6-da Azərbaycana gələcəklər.

Bir gün sonra qrossmeysterlər və Təşkilat Komitəsinin üzvləri Vüqar Həşimovun məzarını ziyarət edəcəklər. Ardınca iştirakçılar birbaşa Qəbələyə yollanacaqlar.

Memorialın bütün partiyaları rəsmi sayt vasitəsi ilə canlı yayımlanacaq. Qəbələdəki Konqres Mərkəzində reallaşacaq turnirin açılış mərasimi dekabrın 8-də, saat 14:00-da başlayacaq. Bir qədər sonra isə rapid üzrə ilk turun qarşılaşmaları gerçəkləşəcək.

Şahmatçılar 8-9-10 dekabrda rapid, 11 dekabrda isə blits növündə mübarizə aparacaqlar. 9-cu Vüqar Həşimov Memorialının baş hakimi beynəlxalq qrossmeyster İlahə Qədimovadır.

Son xəbərlər

Orphus sistemi