Vüqar Həşimov Memorialı: Şəhriyar Məmmədyarov Rauf Məmmədovla üz-üzə gələcək

Vüqar Həşimov Memorialı: Şəhriyar Məmmədyarov Rauf Məmmədovla üz-üzə gələcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirində bu gün növbəti oyunlar baş tutacaq.
Fərdi
20 Dekabr , 2021 09:55
Vüqar Həşimov Memorialı: Şəhriyar Məmmədyarov Rauf Məmmədovla üz-üzə gələcək

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.

"Report"un məlumatına görə, IV turda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gələcək. Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşacaq.

V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla, Əsədli çexiyalı David Navara ilə, Məmmədov isə Riçard Rapportla oynayacaq.

IV tur

Şəhriyar Məmmədyarov - Rauf Məmmədov

Riçard Rapport (Macarıstan) - Vüqar Əsədli

David Navara (Çexiya) - Fabiano Karuana (ABŞ)

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan)

V tur

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov

Vüqar Əsədli - David Navara (Çexiya)

Rauf Məmmədov - Riçard Rapport (Macarıstan)

Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 23-də yekun vurulacaq. 3 turdan sorna Fabiano Karuana 8 xalla liderdir. Riçard Rapport 7 xalla ikinci pillədə qərarlaşıb. Məmmədov və Məmmədyarov 5 xalla 3-4-cü yerləri bölüşdürürlər. Sergey Karyakin 5 xalla 5-ci, David Navara isə 4 xalla 6-cıdır. Vişvanatan Anand və Vüqar Əsədlinin hərəyə bir xalı var.

Əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. Armageddonda əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.

Son xəbərlər

Orphus sistemi