Üzgüçülük üzrə Azərbaycan yığması toplanışa başlayıb

Üzgüçülük üzrə Azərbaycan yığması toplanışa başlayıb Üzgüçülük üzrə Azərbaycan yığmasının Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verilib.
Fərdi
14 Oktyabr , 2024 11:19
Üzgüçülük üzrə Azərbaycan yığması toplanışa başlayıb

Üzgüçülük üzrə Azərbaycan yığmasının Mingəçevirdəki Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verilib.

"Report"un Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, hazırlıqlarda 16 üzgüçü və 3 məşqçi iştirak edir.

Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirir. Baş məşqçi Rəşad Əbdürrəhmanovun federasiyanın rəsmi saytına verdiyi məlumata görə, təlim-məşq toplanışının məqsədi qarşıdan gələn yarışlara hazırlıqdır:

“Üzgüçülərimiz 23-31 oktyabr tarixlərində Bəhreyn Krallığında keçiriləcək Ümumdünya məktəb şagirdləri arasında gimnaziyada güclərini sınayacaqlar. Bundan başqa, bu hazırlıqlar 27-30 noyabr tarixlərində Bakıda, Su İdman Sarayında Azərbaycan Açıq Qış Çempionatında, dekabrda isə Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır”.

Baş məşqçinin sözlərinə görə, ümumdünya məktəb şagirdləri arasında gimnaziyada ölkəmizi üzgüçülərdən Anastasiya Boborikina, Timur Beker, Süleyman İsmayılzadə, Orxan Əliyev və Oqtay Hüseynov təmsil edəcək.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyanın dəstəyi və birgə təşkilatçılığı ilə yığmanın toplanışı oktyabrın 25-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi