U-23 Avropa çempionatı: Azərbaycan güləşçiləri 4 medal qazanıblar - YENİLƏNİB 3

U-23 Avropa çempionatı: Azərbaycan güləşçiləri 4 medal qazanıblar - YENİLƏNİB 3 Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.
Fərdi
22 May , 2024 20:08
U-23 Avropa çempionatı: Azərbaycan güləşçiləri 4 medal qazanıblar - YENİLƏNİB 3

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb.

"Report" xəbər verir ki, idmançımız bürünc mükafat uğrunda mübarizədə Aapo Viitaladan (Finlandiya) güclü olub.

Qeyd edək ki, bu gün digər təmsilçilərimiz Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıb.

Ümumilikdə isə Azərbaycanın yunan-Roma güləşçiləri U-23 Avropa çempionatını 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar.

19:55

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

"Report" xəbər verir ki, idmançımız finalda İslam Əliyevə (AİN) qalib gəlib.

Qeyd edək ki, bu gün digər təmsilçilərimiz Nihad Quluzadə (60) gümüş Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıb.

19:10

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb.

"Report" xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Petar Qornyaşkiyə qalib gəlib.

Qeyd edək ki, bu gün digər təmsilçimiz Nihad Quluzadə (60) gümüş medal qazanıb

18:42

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə (60 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

"Report" xəbər verir ki, idmançımız finalda türkiyəli Mert İlbars ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi