Türkiyə Gürcüstan azərbaycanlıları arasında ənənəvi idman növlərini təbliğ edir

Türkiyə Gürcüstan azərbaycanlıları arasında ənənəvi idman növlərini təbliğ edir Türkiyə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində ənənəvi türk idman növlərini fəal təbliğ edir.
Fərdi
169
8 Mart , 2022 17:27
Türkiyə Gürcüstan azərbaycanlıları arasında ənənəvi idman növlərini təbliğ edir

Türkiyə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində ənənəvi türk idman növlərini fəal təbliğ edir.

“Report”un yerli bürosu xəbər verir ki, Marneulidə Türkiyənin Yunus Əmrə İnstitutunun İnkişaf və Təhsil Mərkəzi ilə birlikə təşkil etdiyi üçaylıq oxçuluq kurslarına bu gün yekun vurulub.

Kursu bitirənlərin təltifetmə mərasimində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, Marneuli meriyası və bələdiyyəsinin üzvləri iştirak ediblər.

İnkişaf və Təhsil Mərkəzinin meneceri Emin Əhmədov bildirib ki, layihənin məqsədi ənənəvi türk oxçuluğunun inkişafına töhfə vermək, gənclərin idmana marağının artırılması və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Türkiyə səfiri F.C.Yazqan deyib ki, Yunus Əmrə İnstitutu artıq iki ildir Marneulidə oxçuluq kurslarına dəstək verir: “Kursu bitirən yeniyetmələrin əməyinin nəticəsini görmək böyük zövq verdi. Kurs boyu müşahidə etdik ki, çox bacarıqlı uşaq və gənclər var. Onlarla qürur duydum. Oxçuluq kursları yalnız uşaqlar üçün deyil, kişi və qadınlar üçün də yaxşı idman növüdür. Bunu davam etdirmək istəyirik”.

Səfir qeyd edib ki, gələcəkdə Marneulidə atlı oxçuluq idman növünün təbliği ilə bağlı niyyət var: “Kvemo Kartli-Borçalı atçılıq sahəsinin çox yayıldığı bölgədir. Qullar kəndində vaxtilə atçılıq sovxozu fəaliyyət göstərib. Qədim idman növlərindən turizm məqsədi və gənclərin faydalı istirahətinin təşkili üçün istifadə etmək olar. Azərbaycan səfirliyi ilə birlikdə bu layihələri davamlı olaraq həyata keçirəcəyimizə ümid edirəm”.

Son xəbərlər

Orphus sistemi