Tomas Bax Tokioya getməzdən əvvəl peyvənd olunacaq
Fərdi
- 30 iyun, 2021
- 13:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax olimpiada başlamazdan iki həftə əvvəl - iyulun 8-də Yaponiyanın paytaxtı Tokioya gedəcək.
"Report"un məlumatına görə, İOC rəhbəri səfərdən əvvəl koronavirusa qarşı peyvənd olunacaq.
O, Yaponiyada olduğu müddətdə təşkilatçılar tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlərə və davranış qaydalarına riayət edəcək.
Baxın rəsmi görüşləri iyulun 12-də başlayacaq. Funksionerin iyulun 16-da atom bombardmanından əziyyət çəkən Xirosimaya getməsi planlaşdırılır.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb.
Son xəbərlər
15:56
Jalə Əhmədova: "Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı böyük tədbirdir"
Fərdi
15:51
Korsikanın siyasi partiyası Fransadan qanunvericilik muxtariyyətinin verilməsini tələb edib
Digər ölkələr
15:50
Foto
Azərbaycan və Slovakiya arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi müzakirə edilib
Hərbi
15:49
Cənubi Koreya və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirməklə bağlı razılığa gəlib
Digər ölkələr
15:48
Elnur Məmmədov: "Açıq suda üzmə üzrə beynəlxalq yarışın ölkəmizdə keçirilməsi Azərbaycana etimadın göstəricisidir"
Fərdi
15:43
DİN: Bu ilin 9 ayı ərzində 146 cinayətkar qrup zərərsizləşdirilib
Hadisə
15:42
2026-cı ilin 9 ayı ərzində 6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə
15:42
Cari ilin 9 ayı ərzində axtarışa verilən şəxslərin 87 faizi tutulub
Hadisə
15:40
Bu ilin 9 ayı ərzində 22 804 cinayət törədilib
Hadisə