Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.
Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 70 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Braziliya təmsilçisi Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kərimova finala yüksəlib.
Bu gün yarışa qoşulan paracüdoçulardan Kənan Abdullaxanlı (100 kq) mübarizəni erkən dayandırıb. İlham Zəkiyev (+100 kq) isə təsəlliverici görüşdə yamaykalı Teador Subba ilə üz-üzə gələcək.
Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmaq şansını itirib.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzub.
Əvvəlki raundda Cek Hocsona (Böyük Britaniya) qalib gələn Zəkiyev təsəlliverici görüşdə yamaykalı Teador Subba ilə üz-üzə gələcək.
100 kq-da yarışan Kənan Abdullaxanlı 1/8 finalda Şərif Xəlilova (Özbəkistan) məğlub olaraq mübarizəni dayandırıb.
Qadın paracüdoçu Dürsədəf Kərimova (+70 kq) isə 1/4 finalda Anastasiya Harnikdən (Ukrayna) güclü olub. O, yarımfinalda Meg Emmerik (Braziliya) ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan paracüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıb.