Tokio-2020: Azərbaycanın 31 idmançısı çıxışını bitirib, 3-ü medal qazanıb - SİYAHI

Tokio-2020: Azərbaycanın 31 idmançısı çıxışını bitirib, 3-ü medal qazanıb - SİYAHI Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 4 idmançısı çıxış edib.
Fərdi
862
3 Avqust , 2021 15:01
Tokio-2020: Azərbaycanın 31 idmançısı çıxışını bitirib, 3-ü medal qazanıb - SİYAHI

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 4 idmançısı çıxış edib.

"Report"un məlumatına görə, Nazim Babayev atletika, İslam Abbasov isə yunan-Roma güləşində mübarizəyə başlayıb.

Üç təkanla tullanma yarışına qatılan Babayev A qrupunda yer alıb və ümumilikdə 15 rəqibə qarşı çıxış edib. 24 yaşlı idmançı ilk cəhdində 16,38 metr, ikinci cəhdində, ikinci cəhdində 16,30 metr, sonuncu cəhdində isə 16,72 metr nəticə göstərib.A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutan Babayev finala yüksələ bilməyib.

İslam Abbasov isə 1/8 finalda kubalı Daniel Qreqoriçə uduzaraq, mübarizəni dayandırıb.

Qadın güləşçi Elis Manolova isə təsəlliverici görüşdə qırğızıstanlı Meerim Jumanazarova uduzaraq, olimpiadanı medalsız başa vurub.

Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) təsəlliverici görüşdə tunisli Lamyed Maafiyə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Ermənistanlı Karapet Çalyanla mübarizədə qalib gələn Hüseynov Azərbaycana olimpiadada 3-cü bürünc medalı qazandırıb.

Beləliklə, Azərbaycanın 31 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 3-ü medal qazana bilib.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc

Boks: Alfonso Dominges (81 kq) - bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

Qadın güləşi: Elis Manolova (68 kq)

Gözləyənlər

Sərbəst güləş: Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq)

Qadın güləşi: Mariya Stadnik (50 kq)

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina

Karate: Firdovsi Fərzəliyev (67 kq), Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq).

Son xəbərlər

Orphus sistemi