Seneqallı musiqiçi Latir Si Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindən kənarlaşdırılıb.
"Report"un məlumatına görə, bu barədə qaradarəli zərb ifaçısı "İndependent" nəşrinə açıqlamasında deyib.
Afrikalı musiqiçi təşkilatçıları ona qarşı irqçilik etməkdə günahlandırıb: "Açılışda mən də iştirak etməli idim. Lakin məni görəndə "Bu afrikalı oğlan niyə buradadır?" dedilər. Bu, tam irqçilikdir. İndəyədək bununla bağlı çox hadisə ilə üzləşmişəm. Amma belə şeylər olimpiadaya uyğun gəlmir. Niyə susmalıyam"?
Latir Si xəbəri eşidəndə kədərləndiyini söyləyib: "20 ildən çoxdur Yaponiyada yaşayıram. Bu, qalmaqallı yarışdır. Mənə qarşı davranışları pis təsir edir. Bu barədə danışmaqdan qorxuram, amma hər şeyi deməyə hazıram. Problemi hamı ilə bölüşmək istəyirəm. Heç kimi ittiham etməyə çalışmıram, amma nə baş verdiyini insanlara bildirməliyəm".
Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.