Teymur Rəcəbovun qalib olduğu yarışın mükafat fondu artırıldı
Fərdi
- 28 dekabr, 2020
- 12:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişi və qadınlar arasındakı Dünya Kuboklarında iştirakçı sayını və mükafat fondunu artırıb.
"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsində rekord sayda - 206 şahmatçı çıxış edəcək. Mükafat fondu isə 1 milyon 890 min ABŞ dollar olacaq.
Qadınların yarışında mükafat fondu 50 faiz artırılaraq 676 min ABŞ dollarına çatdırılıb. Bu yarışda isə 103 oyunçu iştirak edəcək.
Dünya Kubokunun 2021-ci ilin ikinci yarısında Rusiyanın Soçi şəhərində gerçəkləşəcəyi gözlənilir. Turnirin vaxtını məqbul saxlamaq üçün 156 şahmatçı ilk, 50 ən yaxşı oyunçu isə ikinci turdan mübarizəyə qoşulacaq.
Qeyd edək ki, 2019-cu ildə Dünya Kubokunu Teymur Rəcəbov qazanıb.
Son xəbərlər
03:58
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Digər ölkələr
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol
00:49
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Region
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr