Teymur Rəcəbov şahmat oynamaq istədiyi ulduz idmançıları açıqlayıb

Teymur Rəcəbov şahmat oynamaq istədiyi ulduz idmançıları açıqlayıb Azərbaycan qrossmeysteri Teymur Rəcəbov şahmat oynamaq istədiyi ulduz idmançıların adlarını açıqlayıb.
Fərdi
31 Mart , 2023 17:16
Teymur Rəcəbov şahmat oynamaq istədiyi ulduz idmançıları açıqlayıb
Teymur Rəcəbov

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov şahmat oynamaq istədiyi ulduz idmançıların adlarını açıqlayıb.

"Report"un məlumatına görə, o, "Championat" nəşrinə müsahibəsində tennisçilər Roce Federer, Rafael Nadal və Novak Cokoviçlə üz-üzə gəlmək arzusunda olduğunu bildirib.

36 yaşlı şahmatçı onları idman dünyasının "böyük üçlüy"ü adlandırıb: "Uzun illərdir Federerə azarkeşlik edirəm. Onların üçü ilə eyni anda oynamaq istəyərəm. Niyə də yox?! Mən nəinki böyük idmançılarla oynayar, həm də söhbət edərdim. Onlarla bir neçə dəfə danışıb şəkil çəkdirmişəm. Amma qarşımda konkret oturub nəsə yemək və söhbət etmək kimi bir vəzifə olmayıb. Bu, Londondakı "O2 arenada" ATP turniri zamanı baş verib. Mənə çox maraqlıdır ki, Cokoviç doğrudan da şahmatı yaxşı oynayır, yoxsa Boris Bekkerlə lövhədə əyləşəndə ​​sadəcə imic üçün fotoları çəkdirir?"

Son xəbərlər

Orphus sistemi